← All artists

İşlər

Müəllif haqqında

Sabir Qasımov Nadir oğlu — azərbaycanlı rəssam və pedaqoqdur, 27 oktyabr 1973-cü ildə Şamaxı şəhərində anadan olmuşdur. 1988–1992-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda təhsil almışdır. 1992–1998-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təsviri sənət fakültəsində qrafika ixtisası üzrə təhsilini davam etdirmişdir. 2001-ci ildən Qrafika kafedrasında tədris ustası kimi fəaliyyət göstərir, 2007-ci ildən isə pedaqoji fəaliyyətlə məşğuldur. 2017-ci ildə sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almış, 2018-ci ildə Qrafika kafedrasında dosent elmi adını qazanmışdır. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının, 2007-ci ildən isə Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin üzvüdür. 1998-ci ildən respublika sərgilərinin fəal iştirakçısıdır. Bir neçə elmi məqalənin, iki dərs vəsaitinin və bir metodik vəsaitin müəllifidir. 2023-cü ildə Azərbaycan Rəssamlar İttifaqının Vəciyə Səmədova adına sərgi salonunda onun fərdi sərgisi keçirilmişdir.

Harada çalışır

Bakı

Təhsil

Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumu
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

Texnikalar

Qrafika

Sərgilər

1998-ci ildən respublika sərgilərində iştirak
Vəciyə Səmədova adına sərgi salonunda fərdi sərgi, Azərbaycan Rəssamlar İttifaqı