Sevər Vaqif qızı Məmmədova
Sevər Məmmədova — azərbaycanlı rəssam və alim, kimya üzrə fəlsəfə doktorudur, 24 dekabr 1969-cu ildə Bakida anadan olub. Bakı şəhərində yaşayıb fəaliyyət göstərir. Təxminən 12 ildir rəssamlıqla məşğuldur və elmi fəaliyyəti ilə paralel olaraq yaradıcılığını davam etdirir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 2021- 2025 illərdə "Rəssamlıq" fakultəsində təhsil alıb, 2025-ci ildə "dəzgah rəngkarlığı" ixtisası üzrə bakalavr diplomunu alib. Əsasən yağlı boya və akril texnikalarında işləyir. Yaradıcılığının əsas mövzusu təbiət, Kainat və insan həyatının dəyəridir.