← Kataloqa qayıt
Armud yığan qız.

Armud yığan qız.

Rəhimə Məmmədxanova
Rəhimə Məmmədxanova
Rəhimə Məmmədxanova — azərbaycanlı rəssam-qrafik, kitab dizayneri və pedaqoqdur. 27 iyun 1979-cu ildə Azərbaycanın Qusar şəhərində anadan olmuşdur. 1999-cu ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Qrafika” ixtisasına daxil olmuşdur. 2003-cü ildə bakalavr pilləsini bitirmiş, həmin il magistratura təhsilinə qəbul olunaraq 2005-ci ildə təhsilini tamamlamışdır. 2000-ci ildən etibarən müxtəlif sərgi və layihələrdə iştirak edir. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının, 2006-cı ildən Karikaturaçı Rəssamlar Birliyinin və FECO-nun (Beynəlxalq Karikaturaçılar Federasiyası) üzvüdür. 2010-cu ildən indiyədək Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində fəaliyyət göstərən İncəsənət Kollecində “Qrafika” ixtisası üzrə müəllim kimi çalışır. 2003-cü ildən etibarən Bakı və Rusiyada nəşr olunmuş bir sıra kitabların rəssam-dizayneri olmuşdur. 2005–2006-cı illərdə jurnallarda redaktor kimi fəaliyyət göstərmişdir. Bir çox sərgilərdə iştirak etmiş və müxtəlif layihələrin rəhbəri olmuşdur.
Rəhimə Məmmədxanova
Rəhimə MəmmədxanovaMüəllifin bütün işləri
Kətan / Akril
Ölçü: 65 × 65 cm
Qiymət: Qiymət sorğu ilə
İl: 2023
Portretİmpressionizm