Əl işi boyalı qab: şirəli narlar və yumşaq yarpaqlar isti və canlı kompozisiya yaradır.
Narlar

Alina İqnatova Yaqubova
Alina İqnatova Yaqubova — azərbaycanlı rəssamdır, 4 iyun 1996-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2011–2015-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Kollecində rəngkarlıq ixtisası üzrə subbakalavr təhsili almışdır. 2015–2019-cu illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında rəngkarlıq ixtisası üzrə bakalavr təhsilini davam etdirmiş, 2020–2022-ci illərdə isə magistratura pilləsini bitirmişdir. 2022-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2019–2024-cü illərdə uşaqlar və böyüklər üçün rəngkarlıq dərsləri tədris etmişdir. 2012-ci ildən etibarən Azərbaycan və digər ölkələrdə keçirilən müxtəlif sərgi və layihələrdə iştirak edir. Yaradıcılığında çiçəklər, mənzərələr və milli kompozisiyalar mövzularına müraciət edir. Rəngkarlıqla yanaşı keramika ilə də məşğul olur, qabların və digər keramika məmulatlarının hazırlanması və bədii işlənməsi ilə məşğuldur.
Alina İqnatova Yaqubova
Ölçü: 20 × 20 × 2 cm
Qiymət: 120 AZN
İl: 2025