İşlər
Hələ dərc olunmuş iş yoxdur
Rəssamın işləri tezliklə dərc olunacaq.
Müəllif haqqında
Zaur Mirzəyev Zakir oğlu — azərbaycanlı rəssam və pedaqoqdur, 7 iyul 1973-cü ildə Şuşa şəhərində anadan olmuşdur. 1988–1992-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda rəsm və rəngkarlıq müəllimliyi ixtisası üzrə təhsil almışdır. 1993–1997-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun rəngkarlıq fakültəsində təhsilini davam etdirmişdir. Şuşa şəhərinin işğalından sonra Bakıda fəaliyyət göstərən Şuşa şəhər 1 nömrəli orta məktəbdə müəllim kimi çalışmışdır. 1999–2004-cü illərdə Bakı şəhəri Nərimanov rayonunun 258 nömrəli orta məktəbində müəllimlik etmişdir. 2009–2017-ci illərdə Şuşa Humanitar Kollecində müəllim kimi fəaliyyət göstərmişdir. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Müxtəlif sərgi və mədəni layihələrdə iştirak edir.
Harada çalışır
Bakı
Təhsil
Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumu
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutu
Texnikalar
Rəngkarlıq
Sərgilər
“Qarabağ Azərbaycandır” sərgisi, İstiqlal Muzeyi, Bakı