← All artists

İşlər

Müəllif haqqında

Sahib Yaqubov Məhəmməd oğlu — azərbaycanlı rəssam və heykəltəraşdır, 5 noyabr 1993-cü ildə Bakı şəhərində anadan olmuşdur. 2010–2014-cü illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Kollecində rəngkarlıq ixtisası üzrə təhsil almışdır. 2016–2020-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında heykəltəraşlıq ixtisası üzrə bakalavr təhsili almışdır. 2017-ci ildən akademik rəsm və heykəltəraşlıq fənlərini tədris edir. 2023-cü ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Yaradıcılığında həm rəngkarlıq, həm də heykəltəraşlıq sahələrində fəaliyyət göstərir: rəngkarlıq əsərləri əsasən tematik-kompozisiya xarakterlidir, heykəltəraşlıq işləri isə dekorativ və fiqurativ xüsusiyyətlər daşıyır. 2010-cu ildən etibarən beynəlxalq sərgi, layihə və simpoziumlarda iştirak edir. Onun əsərləri müxtəlif ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır.

Harada çalışır

Bakı

Təhsil

Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Kolleci
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası

Texnikalar

Rəngkarlıq
Heykəltəraşlıq

Üslub

Tematik kompozisiya
Fiqurativ heykəltəraşlıq
Dekorativ heykəltəraşlıq

Sərgilər

“Bakı İşıqları” sərgisi, Gallery 1969 — 1-ci yer
Carrousel du Louvre sərgisi, Paris
Beynəlxalq heykəltəraşlıq simpoziumu, Moskva
“From Waste to Art” beynəlxalq simpoziumu, Qala
“Portrait Now” beynəlxalq müsabiqəsinin finalçısı, Kopenhagen
Erasmus+ beynəlxalq proqramı, mövzu: “Teatr”
“Pierre de Menet” simpoziumu, Fransa
“World Art Collector Incubator” beynəlxalq simpoziumu