Müəllif haqqında
Səbirə Məmmədova — azərbaycanlı rəssamdır, 12 dekabr 1990-cı ildə anadan olmuşdur. Bakı şəhərinin Nizami rayonunda yaşayır və Qara Qarayev metrosu yaxınlığında yerləşən şəxsi emalatxanasında fəaliyyət göstərir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rəngkarlıq fakültəsini bitirmişdir. Yaradıcılığında yağlı boya, akril, quaş, akvarel, qrafik materiallar — karandaş və kömür kimi müxtəlif texnikalardan istifadə edir. Əsərlərində portret, mənzərə və natürmort janrlarına, həmçinin realist və sürrealist üslublara müraciət edir. Müxtəlif beynəlxalq sərgilərdə və incəsənət layihələrində iştirak etmiş, əsərləri bir sıra xarici kolleksiyalarda saxlanılır.
Təhsil
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
Texnikalar
Yağlı boya
Akril
Quaş
Akvarel
Karandaş
Kömür
Üslub
Portret
Mənzərə
Natürmort
Sürrealizm
Realizm
Sərgilər
“Sərsəng harayı”, Yevlax
“Music”, World Art Game, Bratislava, Slovakiya
40-cı Beynəlxalq Fraternité Festivalı, Meksika
“1 düşüncə, 1 gülüş”, World Art Game (onlayn)