İşlər
Hələ dərc olunmuş iş yoxdur
Rəssamın işləri tezliklə dərc olunacaq.
Müəllif haqqında
Nurəddin Yaqubov Məhyəddin oğlu — azərbaycanlı rəssamdır, 8 iyul 1980-ci ildə Abşeron rayonu Saray qəsəbəsində anadan olmuşdur. 1999–2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil almışdır. 2006-cı ildən etibarən yaradıcılıq fəaliyyəti ilə məşğuldur. Müxtəlif heykəltəraşlarla əməkdaşlıq etmiş və bir sıra incəsənət layihələrinin həyata keçirilməsində iştirak etmişdir. Qazax rayonunun simvolu olan “Dilboz atı” heykəlinin hazırlanmasında iştirak etmiş, həmçinin YARAT Müasir İncəsənət Mərkəzinin layihələrində rəssamların əsərlərinin ərsəyə gəlməsində iştirak etmişdir. Naxçıvan şəhərində Şəhidlər xiyabanının abadlaşdırılması layihəsində və Şirvanşahlar sarayı qarşısında yerləşən “Armudu stəkanlar” kompozisiyasının hazırlanmasında iştirak etmişdir. 2009-cu ildən etibarən Azərbaycan və xaricdə keçirilən sərgilərdə fəal iştirak edir.
Harada çalışır
Bakı
Təhsil
Azərbaycan Dövlət İqtisad Universiteti
Texnikalar
Rəngkarlıq
Qarışıq texnika
Sərgilər
“31 Mart Soyqırım” sərgisi, Muzey Mərkəzi
Creative Center və Rəssamlar İttifaqında qrup sərgiləri
“Balıq Bürcü” sərgisi, Muzey Mərkəzi
“Su”, “Kofe rəngi” və ADEX sərgiləri, Expo Center
Fransanın müstəqillik günü münasibətilə sərgi, Hyatt Regency, Bakı
“Sırğa olsun” konseptual sərgisi və “ADEX 2016” sərgisi
Azərbaycan Respublikasının 100 illiyinə həsr olunmuş sərgi, Avropa Şurası, Strasburq