İşlər
Hələ dərc olunmuş iş yoxdur
Rəssamın işləri tezliklə dərc olunacaq.
Müəllif haqqında
Nəzrin Məmmədova — azərbaycanlı rəssamdır. 1994-cü ildə Bakı şəhərində anadan olmuşdur. 2012–2016-cı illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Rəngkarlıq fakültəsində dəzgah rəngkarlığı üzrə bakalavr, 2016–2018-ci illərdə isə kino və teatr rəngkarlığı üzrə magistr təhsili almışdır. 2022-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2017-ci ildən etibarən tədris fəaliyyəti ilə məşğuldur. Yaradıcılığında rəngkarlıq, qrafika, applikasiya və kollaj texnikalarından istifadə edir, parça və müxtəlif materiallar üzərində eksperimentlər aparır. 2017-ci ildən etibarən applikasiya, kollaj və rəngli kağızlarla davamlı şəkildə yaradıcı işlər həyata keçirir. Müxtəlif yerli və beynəlxalq sərgilərdə iştirak etmişdir: “Axın” (2020), “Gənclər” (2022), “My seas, my oceans” (Cenevrə, 2022), “Sənətdə qırmızı” (2024), “Tablolarda nağıllar” (2024), həmçinin “Art weekend” layihəsi (2025). 2025-ci ildə “İpək Yolu” adlı ilk fərdi sərgisini keçirmişdir.