Müəllif haqqında
Nazim Məmmədov Tağı oğlu — azərbaycanlı rəssamdır, 1973-cü ildə Azərbaycanın Ucar rayonunda anadan olmuşdur. 1991-ci ildə Bakı şəhərində yerləşən 12 nömrəli Rəssamlıq Liseyini bitirmişdir. Daha sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rəngkarlıq fakültəsində təhsil almış və 2005-ci ildə akademiyanı bitirmişdir. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Hazırda Azərbaycan Dövlət Cəfər Cabbarlı adına Teatr Muzeyində direktor müavini vəzifəsində çalışır. 1994-cü ildən etibarən respublika və beynəlxalq sərgilərdə, həmçinin müxtəlif beynəlxalq sənət simpoziumlarında iştirak edir. Onun əsərləri bir sıra muzey və şəxsi kolleksiyalarda saxlanılır. 2019-cu ildə BMT-nin dəstəyi ilə təqdim olunan Leonardo da Vinci medalı ilə təltif edilmişdir.
Təhsil
12 nömrəli Rəssamlıq Liseyi, Bakı
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
Sərgilər
1994-cü ildən etibarən respublika və beynəlxalq sərgilərdə iştirak
Moldova, Tatarıstan və Norveçdə keçirilən beynəlxalq sənət simpoziumlarında iştirak