← All artists

İşlər

Müəllif haqqında

Nərmin İsmayılzadə — azərbaycanlı rəssamdır. 8 may 1998-ci ildə Azərbaycan Respublikasının Lənkəran rayonunun Nərimanabad qəsəbəsində anadan olmuşdur. Uşaqlıqdan yaradıcılıqla məşğul olmuş, ABŞ, Yunanıstan, Misir və digər ölkələrdə keçirilən beynəlxalq biennal, müsabiqə və simpoziumlarda iştirak etmiş və ölkəmizi təmsil etmişdir. 2016–2020-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında rəngkarlıq, kino və televiziya rəssamlığı üzrə təhsil almışdır. Təhsil aldığı dövrdə İnna Kostina və Mayis Ağabəyov kimi tanınmış rəssamlardan dərs almışdır. Bu illərdə «Heydər Əliyev 93. Ən yaxşı təqdimat müsabiqəsi»nin respublika üzrə qalibi olmuş və Yeni Azərbaycan Partiyası tərəfindən təsis edilmiş təqaüdə layiq görülmüşdür. Yaradıcılığında ədəbiyyat, vizual sənət və kino elementlərini birləşdirərək fiqurativ rəngkarlıq nümunələri yaradır. Əsərlərində insan psixologiyası, qadın kimliyi, arxetiplər, milli motivlər, mifoloji obrazlar və transformasiya mövzuları əsas yer tutur. Simvolizm və postimpressionizm istiqamətlərində çalışır, yağlı boya, akril, mixed media və digər texnikalardan istifadə edir. «Transformasiya», «Dirçələn Qarabağ», «Qırmızı Bağ», «Sənin adın nədir?», «Qadın Fest», «Axın», «Küləyin rəqsi» və «Laçına qayıdan yol» kimi sərgi və layihələrin iştirakçısı olmuşdur. Hazırda Bakı şəhərində yaşayır və fərdi yaradıcılıq fəaliyyətini davam etdirir.

Harada çalışır

Bakı

Təhsil

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası

Texnikalar

Yağlı boya
Akril
Qarışıq texnika

Üslub

Simvolizm
Postimpressionizm

Sərgilər

"Transformasiya"
"Qırmızı Bağ"
"Dirçələn Qarabağ"
"Sənin Adın Nədir?"-İlk tanıtım sərgisi
"Səslər"
"Laçına qayıdan yol"plener-sərgi
"Axın"
"Yaşıl İncəsənət"
"Qərbi Azərbaycanın Yemək inciləri"
"Həyat müvazinətini velosipedlə saxla"
4cü Beynəlxalq Rəsm Festivalı ABŞ,Vaşinqton
5ci Beynəlxalq Bienal
4cü Beynəlxalq Bienal
"Misir Rəssamların gözü ilə" beynəlxalq müsabiqə
Gənc Rəssamların qrup sərgisi
QadınFest
"Könül bağçası" TV layihə
"Küləyin rəqsi" H.A.Center
"Məkan və İncəsənət"
"Misir rəssamın gözü ilə" Misir Səfirliyi
"Ölkəmizi tanıyaq" layihəsi
"Arzular haqqında hekayələr"
"Azərbaycanın tarixi memarlıq irsi gənclərin gözü ilə"
"Dünəndən bu günə" -Rəssamlar İttifaqı