← All artists

İşlər

Müəllif haqqında

Leylifar Museyibova Azad — azərbaycanlı rəssamdır, 3 aprel 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur. İlk ali təhsilini Bakı Dövlət Universitetində iqtisadi kibernetika ixtisası üzrə almış, daha sonra Azərbaycanın neft-qaz sənayesində peşəkar fəaliyyətə başlamışdır. İncəsənətə olan marağı və yaradıcılıq inkişafına meyli onu 2015-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına gətirmiş, burada rəngkarlıq fakültəsi üzrə “müasir incəsənət” istiqamətində təhsil almışdır. 2019-cu ildə akademiyanı bakalavr dərəcəsi ilə bitirmişdir. Həmin ildə Azərbaycan Rəssamlar İttifaqının peşəkar rəssamlar kateqoriyası üzrə üzvü olmuşdur. 2025-ci ildə ArtsCouncil Azerbaijan təşkilatına üzv qəbul edilmiş və bu təşkilatın həyata keçirdiyi layihə, sərgi və ustad dərslərində fəal iştirak edir. Rəssam beynəlxalq və yerli sərgilərdə fəal iştirak edir. Onun əsərləri Fransa, Belçika, İtaliya, Lüksemburq və Azərbaycanda nümayiş olunmuşdur. Yaradıcılığında əsasən kətan üzərində yağlı boya ilə işlənmiş abstrakt, impressionist və müasir üslublu əsərlər üstünlük təşkil edir.

Harada çalışır

Bakı

Təhsil

Bakı Dövlət Universiteti
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası

Texnikalar

Kətan üzərində yağlı boya

Üslub

Abstrakt sənət
İmpressionizm
Müasir incəsənət

Sərgilər

“Art Shopping for Christmas”, Roma, İtaliya
“Once Upon Azerbaijan”, Azərbaycanın Brüsseldəki Səfirliyi, Belçika
“The Other Colours”, Cultural Association of Azerbaijan in the Grand Duchy of Luxembourg
“Fluctuation in Venice”, Venesiya, İtaliya
“Scintillation”, Mince Senet Gallery, Kunstmatrix platformasında onlayn sərgi, Almaniya
“Couleurs sans frontières”, Galerie Beauté Du Martin Calme, Paris, Fransa
“Art Shopping”, Paris, Fransa
“Art Shopping”, Carrousel du Louvre, Paris, Fransa
“FantazEU 2024”, ArtsCouncil Azerbaijan, Bakı, Azərbaycan
“Second Life”, Art on Carpets, Azərbaycan Xalça Muzeyi, Bakı
“Baku International Piano Festival”, Beynəlxalq Muğam Mərkəzi, Bakı
“FantazEU 2025”, ArtsCouncil Azerbaijan, Bakı, Azərbaycan
“Inspired by Czech Republic”, Fabrica Gallery, ArtsCouncil, Bakı, Azərbaycan
“FantazEU 2026”, ArtsCouncil Azerbaijan, Bakı, Azərbaycan
“May These Feelings Never Fade”, QGallery, Bakı, Azərbaycan