← All artists

İşlər

Rəssamın işləri tezliklə dərc olunacaq.

Müəllif haqqında

İsmayıl Hacıyev — azərbaycanlı rəssam və memardır, 14 may 1998-ci ildə Bakı şəhərində anadan olmuşdur. Uşaqlıqdan rəssamlıq sahəsində istedadı ilə seçilmişdir. 2015-ci ildə Bakı şəhəri 43 saylı liseyini bitirmiş və həmin ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinə daxil olmuş, 2019-cu ildə təhsilini başa vurmuşdur. 2021-ci ildən FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin «Azərdövlətlayihə» Dövlət Baş Layihə İnstitutunun «Memarlıq-planlaşdırma və şəhərsalma» şöbəsində aparıcı memar kimi fəaliyyət göstərir. 2022-ci ildən Azərbaycan Rəssamlar İttifaqının, 2023-cü ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür. 2024-cü ildən Prezident təqaüdçüsüdür. Hazırda həm peşəkar, həm də yaradıcılıq fəaliyyətini davam etdirir.

Harada çalışır

Bakı

Təhsil

Azərbaycan Memarlıq və İnşaat Universiteti

Texnikalar

Rəngkarlıq