Müəllif haqqında
Emin Seyidov — azərbaycanlı rəssamdır. 1998-ci ildə Bakı şəhərinin Əmircan qəsəbəsində anadan olmuşdur. 2010–2014-cü illərdə 4 saylı incəsənət məktəbini bitirmişdir. 2016–2020-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dekorativ-tətbiqi sənət fakültəsinin “bədii toxuculuq” ixtisası üzrə təhsil almışdır. Yaradıcılığında yağlı boya, pastel və akvarel kimi müxtəlif texnikalardan istifadə edir. Əsərlərində əsasən realizm və abstrakt üslubda mənzərə, natürmort və portret janrlarına müraciət edir. 2014-cü ildən etibarən respublika və beynəlxalq sərgi və müsabiqələrdə iştirak edir.2023 cu ildən rəssamlar ittifaqının üzvüdür. Hazırda fərdi yaradıcılıq fəaliyyəti ilə məşğuldur.
Təhsil
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
Texnikalar
Yağlı boya, Akvarel, Akril boya, Pastel
Üslub
Realizm, Klassizm, İmpressionizm,
Sərgilər
Gənclər gününə hərs olunmuş sərgi
Böyük qayıdış
Qayıdış