← All artists

İşlər

Müəllif haqqında

Çinarə Soltanova — azərbaycanlı rəssamdır, 1996-cı ildə Şamaxı şəhərində anadan olmuşdur. İlk ali təhsilini Bakı Dövlət Universitetində filologiya ixtisası üzrə almışdır. Daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dəzgah rəngkarlığı ixtisası üzrə ikinci ali təhsil almışdır. Şəxsi emalatxanasında fəaliyyət göstərir. Yaradıcılığında taxta, kətan, kağız və karton kimi müxtəlif materiallardan istifadə edir, əsasən yağlı və qarışıq texnikalarda işləyir. Onun yaradıcılıq üslubu eksperimental yanaşma ilə seçilir və akademik ənənə üzərində qurulan metamodernist axtarışları əhatə edir.

Harada çalışır

Bakı

Təhsil

Bakı Dövlət Universiteti
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

Texnikalar

Yağlı boya rəngkarlığı
Qarışıq texnika

Üslub

Eksperimental sənət
Metamodernizm

Sərgilər

“Matrix” sərgisi, YARAT Rəngkarlıq Muzeyi
Adam Project tərəfindən təşkil olunan “Oyanış” qrup sərgisi