← All artists

İşlər

Müəllif haqqında

Aynur Səmədova — azərbaycanlı rəssamdır. 23 oktyabr 1990-cı ildə Azərbaycan Respublikasının Oğuz rayonunda anadan olmuşdur. Uşaqlıq illərini Rusiya Federasiyasının Fryazino şəhərində keçirmiş, 16 yaşında Azərbaycana köçmüşdür. 2012–2016-cı illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təsviri incəsənət fakültəsində (rəngkarlıq ixtisası üzrə) təhsil almışdır. Hal-hazırda müstəqil rəssam kimi fəaliyyət göstərir və müasir təsviri incəsənətin müxtəlif janrlarında əsərlər yaradır. Əsərləri Lvov (Ukrayna), Danimarka və Bakı (Azərbaycan) şəhərlərində keçirilən sərgilərdə nümayiş etdirilmişdir.