← All artists

İşlər

Müəllif haqqında

Əliyar Allahverdiyev — azərbaycanlı heykəltəraşdır, Bakı şəhərində yaşayır və fəaliyyət göstərir. 2010–2019-cu illərdə Bakı şəhəri Binəqədi rayonunda yerləşən 314 nömrəli orta məktəbdə təhsil almışdır. Daha sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Kollecinin heykəltəraşlıq ixtisasına qəbul olunmuş və 2023-cü ildə oranı bitirmişdir. 2024-cü ildən etibarən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında heykəltəraşlıq ixtisası üzrə bakalavr təhsilini davam etdirir. Onun əsərləri müxtəlif mövzular üzrə yaradılmış kompozisiyalarla xarakterizə olunur və bu kompozisiyalarda dinamika və harmoniya hissi əks olunur. Yaradıcılığında gips, poliester, daş, mərmər, metal və digər materiallardan istifadə edir. 2023-cü ildən etibarən yerli və beynəlxalq sərgilərdə iştirak edir.

Harada çalışır

Bakı

Təhsil

314 nömrəli orta məktəb, Bakı
Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Kolleci
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası

Texnikalar

Heykəltəraşlıq

Üslub

Müasir heykəltəraşlıq

Sərgilər

Müxtəlif yerli və beynəlxalq sərgilərdə iştirak